Sabah Bakıda güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda güclü külək əsəcək

Sabah axşama doğru Bakıda şimal küləyi güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısı güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 21-25, gündüz 29-30 dərəcə isti olacağı proqnozlaşdırılır.


Azərbaycanın rayonlarında sentyabrın 12-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.


Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm