Qənirə Paşayeva Düz Qırıqlıda müəllimlərlə görüşüb -FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Düz Qırıqlıda müəllimlərlə görüşüb -FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri və böyük ənənələri olan Düz Qırıqlı kəndində kənd məktəbini, müəllimləri, müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb.

Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq, başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkilinə məktəbin direktoru Xatirə Xasıyeva tərəfindən məlumat verilib ki, bu il orta məktəbi bitirən 59 nəfərdən 21 nəfəri yaxşı ballarla ali məktəblərə daxil olmuşlar.

Bundan başqa gənclərdən 4 nəfəri texnikumlara daxil olmuşlar. Eyni zamanda ötən il məktəbi bitirən amma ali məktəblərə qəbl oluna bilməyən 3 nəfər gəncin də bu il ali məktəbə daxil olması ilə bağlı millət vəkilinə məlumat verilib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər yaxşı təhsil ənənələri olan Düz kəndinin indiki məktəb binasının ciddi əsaslı təmirə ehtiyacı olduğunu deyiblər və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər.

Onlar bildiriblər ki, məktəbin mərkəzi istilik sistemi yoxdur və soyuq aylarda, qış aylarında siniflərin qızdırılması və uşaqlara normal şəraitdə dərs keçmə imkanları çox zəifləyir və məktəbin qısa zamanda əsaslı təmiri, istilik sistemi çəkilməsi çox vacib və önəmlidir və bu tədrisin keyfiyyəıtinə də öz müsbət təsirini göstərər. Məktəbi tamamilə yenidən gəzən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da məktəb binasının ciddi əsaslı təmirinə böyük zərurət olduğunu bildirərək bununla bağlı ölkəmizin baş naziri Artur Rəsizadə ilə görüşdüyünü və millət vəkili kimi müəllimlər və öz adından baş nazirdən böyük təhsil ənənələri olan Düz Qırıqlı kənd məktəbinin əsaslı təmir edilməsi ilə bağlı dəstək göstərməsini xahiş etdiyini deyib. Baş nazir Artur Rəsizadənin bununla bağlı tapşırıq verdiyini deyən millət vəkili Qənirə Paşayeva müəllimlər və öz adından baş nazirə təşəkkür etdiyini də deyib. Bu məsələ ilə bağlı baş nazirin müavini Abid Şərifovla da danışdığını və özünün və müəllimlərin xahişini çatdırdığını deyən millət vəkili Qənirə Paşayeva yaxın zamanlarda bu məsələnin öz həllini tapacağına inandığını deyib.

Ölkəmizin prezidenti İlham Əliyevin və Birinci Xanımımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə böyük diqqətindən danışan millət vəkili Qənirə Paşayeva müəllimlərimi yeni dərs ili münasibəti ilə də təbrik edib. Millət vəkili eyni zamanda bu il tələbə adını qazanmış bir sıra gənclərlə, bir sıra şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm