Partlayan binanın sakinlərinin aqibəti necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Partlayan binanın sakinlərinin aqibəti necə olacaq?

Xırdalan şəhərində bir neçə gün əvvəl partlayış baş verən binanın sakinləri üçün böyük bir çadır şəhərciyi salınıb. Binada yaşayan 30-a yaxın ailə həmin çadır şəhərciyinə köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayonundakı baş məsləhətçisi Vidadi İsayev Publika.az-a açıqlamasında 3 ailənin mənzillə təmin edildiyini, qalanlarının öz razılığı ilə Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə çadırda yerləşdirildiyini deyib:

“Ailələr tam təchizatlı çadırlarla təmin edilib. Onlar tez bir zamanda evlə təmin ediləcək”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov binanın sökülüb-sökülməyəcəyi ilə bağlı işlərin aparıldığını deyib.

Qeyd edək ki, sentyabrın 8-də Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yarımçıq tikilidə partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm