• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

15 yaşlı girovun anası: “Söz tapmıram” - ÖZƏL

15 yaşlı girovun anası: “Söz tapmıram” - ÖZƏL

Sentyabrın 5-də erməni hərbçilər tərəfindən girov götürülmüş və bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilmiş 15 yaşlı Cavid Məmmədovun anası Sürəyya Əhmədova təəssüratlarını Publika.az saytı ilə bölüşüb.

Çox sevincli olduğunu deyən keçmiş girovun anası bunları söyləyib: “Danışmağa söz tapmıram. Çox sevinirəm. Bu neçə gündə dövlətimiz gecə-gündüz balamın bizə qaytarılması üçün əlindən gələni elədi. Başda ölkə rəhbəri cənab İlham Əliyev olmaqla hamıya minnətdarlığımi bildirirəm. Hələ ki Cavidi görməmişəm. Yəqin ki, bir neçə saatdan sonra oğlumu görə biləcəyəm”.

Qeyd edək ki, Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülmüşdü.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR