Bakı Metropoliteninin bələdçisinin ölümünə görə cinayət işinə xitam verildi
Bizi izləyin

Qırmızı.az

Bakı Metropoliteninin bələdçisinin ölümünə görə cinayət işinə xitam verildi

Bakı Metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilib.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rabil Rzayevin əməlində CM-in 125-ci maddəsinin tərkibi olmadığından 2014-cü il mayın 16-da cinayət işi üzrə icraata xitam verilib.

Qeyd edək ki, 2013-cü ilin avqustun 30-da Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Təhmin Verdiyev “BMW X5” markalı avtomaşını idarə edərkən Günay Məmmədovanı vurub. G.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Faktla bağlı həmin gün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. Eyni zamanda mərhumun nişanlısı Rabil Rzayevin hərəkətlərində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm