Sənayedə təhlükəsizliklə bağlı tədbir keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Sənayedə təhlükəsizliklə bağlı tədbir keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ilin 16-17 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm