Avropa Şurasının Baş katibi Bakıya gələcək
Bizi izləyin

Qırmızı.az

Avropa Şurasının Baş katibi Bakıya gələcək

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Foruma Avropa Şurasının Baş Katibi Törbyorn Yaqland da qatılacaq.

Bu barədə redaksiyamıza Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir.

Forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT-nin nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, Forum çərçivəsində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq. Qeyd edək ki, Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanmış və qısa müddətdə çapı nəzərdə tutulmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm