Təhsil Nazirliyi direktorlar üçün təlim keçəcək
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi direktorlar üçün təlim keçəcək

İlk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edilir. Publika.az-ın məlumatına görə, təlim Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Təlimin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.

Müsabiqədə iştirak üçün ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil,5 illik iş təcrübəsi, Azərbaycan dilini mükəmməl bilmək, Microsoft Office proqramlarını bilmək tələb olunur.

Müraciət etmək istəyənlər müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərə bilər.

Müraciət üçün son tarix sentyabrın 30-dur.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm