Sərnişinlər qatardan çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Sərnişinlər qatardan çıxarıldı

Metronun “Koroğlu” stansiyasında qatarların birində nasazlıq yaranıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında səhər saat 09:12-də “Həzi Aslanov”- “İçərişəhər” istiqamətində qatarların hərəkətində nasazlıq yarandığını təsdiqləyib.

Onun sözlərinə görə, “Koroğlu” stansiyasında 5 saylı marşrutun sonuncu qatarının qapısında nasazlıq olub. Sərnişinlər qatardan çıxarılıb. Qatar depoya göndərilib. Stansiyaya yeni qatar göndərilib. Bu proses də təxminən 5 dəqiqə gecikməyə səbəb olub. Lakin ümumi qrafikdə gecikmə müşahidə edilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm