Lotu Quli slavyan oğruların “sxodkası”na qoşuldu - Telefonla
Bizi izləyin

Qırmızı.az

Lotu Quli slavyan oğruların “sxodkası”na qoşuldu - Telefonla

Deyəsən, Türkiyə MDB məkanı ölkələrinin kriminaliteti üçün əsl cənnətə çevrilib. Son aylarda oğruların taclandırılma mərasimi, adətən, qardaş ölkədə keçirilir.

İlin əvvəlindən 9 nəfərə “vor zakon” adı verilib. Onların arasında gürcü, azərbaycanlı, yunan və yezidi kürdlər var. Ancaq bir dənə də olsun slavyan yoxdur.

Nəhayət, slavyan kriminaliteti də dünən Türkiyədə “sxodka” keçirib.

Oğru toplantısında birbaşa olaraq Zabava, Jora Taşkentskiy və Blondin ləqəbli qanuni oğrular iştirak edib. “Sxodka” ya telefon vasitəsilə azərbaycanlı Lotu Quli, onun qardaşı Namiq, həmçinin Niki Qaqrinski və Vova Puxlı qoşulub.

Dünən 3 nəfər taclandırılıb. Qanuni oğruların sırasına yeni qoşulanlar Vlad Şarap, Maks Pioner və Tolik Naqinskidir.

"Şarap" ləqəbli avtoritet kriminal aləmdə çoxdan xüsusi çəkiyə malik idi və taclandırılması gözlənilirdi. Qalan 2 nəfər haqda isə elə də məlumat yoxdur.

Bircə bilinən odur ki, onların “təqdimat”ını "Zabava" ləqəbli qanuni oğru verib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm