Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona yaxınlaşır
Bizi izləyin

Qırmızı.az

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona yaxınlaşır

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. Bu barədə Publika.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb. 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq, 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,9 faizi kişi, 41,1 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 24 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,6 faizini 30 yaşa kimi vətəndaşlar, 21,6 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm