Üç məktəblinin qatili həbsxanadan qaçdı – FOTO
Bizi izləyin

Qırmızı.az

Üç məktəblinin qatili həbsxanadan qaçdı – FOTO

ABŞ-ın Lima şəhərində 3 yeniyetməni qətlə yetirdiyinə görə ömürlük həbs cəzası almış şəxs həbsxanadan qaçıb.

Publika.az “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, qatil Ti Jey Leynə qaçmaqda kamera yoldaşı, 45 yaşlı Klifford Erl Opperud kömək edib. Qaçışda həmçinin daha bir məhbus iştirak edib. Lakin sonuncunu artıq polis saxlayıb.

Hazırda o biri məhbusların da tutulması üçün əməliyyat tədbirləri keçirilir. Polis yollarda və meşə zolaqlarında postlar qurub.

Ti Jey Leynin keçmiş vəkili Yan Fridman deyib ki, qaçan məhbuslar çox təhlükəlidir: “Onlar azadlıqda qalmaq üçün hər şey edəcəklər. Kimsə ömürlük həbs cəzasını keçirəcəyi həbsxanaya öz xoşu ilə qayıtmaq istəməz”.

Xatırladaq ki, Ti Jey Leyn 2012-ci ildə Çardon şəhərində, məktəb mətbəxində şagirdlərə atəş açmışdı. O tərksilah edilənədək açdığı atəşlə 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralamışdı.

Məhkəmə zamanı Leyn özünü ağıldankəm kimi göstərməyə çalışıb. Sonda cinayətini etiraf edib. Hətta 2013-cü ildə son məhkəmə iclasına o, üzərində “killer”, yəni qatil yazılmış köynək geyinib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm