Yol qəzalarında 65 uşaq dünyasının dəyişib
Bizi izləyin

Qırmızı.az

Yol qəzalarında 65 uşaq dünyasının dəyişib

Son 8 ayda respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 732 nəfər dünyasını dəyişib.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin məlumat verib. Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində respublika ərazisində 1719 yol qəzası baş verib. Nəticədə 732 nəfər ölüb, 1747 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 178, ölü sayı 22 , yaralı sayı isə 297 fakt azalıb. Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 620 yol qəzası baş verib. Nəticədə 235 nəfər ölüb, 440 nəfər yaralanıb.

Yol qəzalarının 42-si sərxoş sürücülər tərəfindən törədilib. Bunun nəticəsində 21 nəfər ölüb, 52 nəfər yaralanıb. 494 sürət həddini aşma səbəbindən baş verən yol qəzası qeydə alınıb. Nəticədə 257 nəfər ölüb, 401 nəfər yaralanıb.

Ötmə və qarşı hərəkət zolağına keçmə səbəbindən 552 yol qəzası qeydə alınıb. Nəticədə 223 nəfər ölüb, 665 nəfər isə yaralanıb.

Qəzalarda 65 uşaq dünyasının dəyişib, 144-ü isə yaralanıb.

Gülnar Əliyeva

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm