Daha bir qəzet “qara siyahı”ya salındı
Bizi izləyin

Qırmızı.az

Daha bir qəzet “qara siyahı”ya salındı

Mətbuat Şurası “Xalq nəzarəti və sahibkarlıq” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salıb. Publika.az-ın məlumatına görə, bu barədə fikirlər Mətbuat Şurası İdarə Heyətinin Şəkidə keçirilən iclasında məlumat verilib.

Qərar “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək hazırlanıb.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının avqustun 5-də keçirilən iclasında “Mizrab” jurnalının ilk sayındaca peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. İdarə Heyəti rəyi əsas tutaraq mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılmasını tövsiyə edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində də Şikayətlər üzrə Komissiyanın rəyinə istinad edilib. Məlumat verilib ki, xəbər portalı narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatına hazırdır. Bu, şikayətçi tərəfi də qane etdiyindən məsələ qapanmış sayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm