İdmanda zorakılıq - qanunla tənzimlənəcək
Bizi izləyin

Qırmızı.az

İdmanda zorakılıq - qanunla tənzimlənəcək

Milli Məclisin payız sessiyasında “İdman haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyi gözlənilir. Bu barədə Publika.az-a millət vəkili Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, bura idman zorakılığının qarşısının alınması ilə bağlı müddəalar salınıb:

“Bildiyiniz kimi, gələn il Azərbaycanda idman ili olacaq. İlk Avropa oyunları Azərbaycanda keçiriləcək. Amma bizim qanunvericilikdə idmanda bilərəkdən rəqibinə zərər vurmaq, onu əzmək və ya ona qarşı zor tətbiq etməklə bağlı məsələlər tam həllini tapmayıb. Qanunda bununla və eyni zamanda, azarkeşlərin də öz davranışlarına nəzarət etməsiylə bağlı müddəalar yer alacaq”.

Millət vəkilinin sözlərinə görə, Qərb ölkələrində idmanda zorakılığın qarşısının alınmasıyla bağlı ayrıca qanun var. Bizim ölkəmiz kiçik olduğundan ayrıca belə bir qanuna ehtiyac yoxdur. Bununla bağlı “İdman haqqında” qanuna bir bölmə olaraq əlavə oluna bilər. İdmanda hansı hallar zorakılıq sayılır, bunun qarşısını almaq üçün hansı profilaktik tədbirlər görmək lazımdır, idmanda zorakılığın əks-təbliğatıyla bağlı hansı işlər görülməlidir və s məsələlər bu qanunda əksini tapacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm