Külli miqdarda aksiz markasız spirtli içkilər və siqaret aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Külli miqdarda aksiz markasız spirtli içkilər və siqaret aşkarlandı

Qaçaqmalçılıq statistikasında spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı da əsas yerlərdən birini tutur. Ölkəmizin gömrük orqanları bu istiq amətdə də mübarizə tədbirlərini uğurla davam etdirir.

Belə ki, bu günlərdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm