Əcnəbiləri soyan Bakı sakini tutuldu
Bizi izləyin

Qırmızı.az

Əcnəbiləri soyan Bakı sakini tutuldu

Evinə su axtıması adı ilə qonşunun mənzilinə daxil olub oradan oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu, İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayevdir.

Oğurluqda şübhəli şəxs qismində Səbail RPİ 9-cu PB-yə gətirilin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə qonşuya su axıtması adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini, sonuncunun isə 300 manatını oğurlaması müəyyən edilib.

Faktla bağlı Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm