Güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Güclü külək əsəcək

Azərbaycan sinoptikləri bu gün axşamdan başlayaraq Bakıda güclü şimal küləyinin əsəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimalı var.

Sentyabrın 12-si axşamdan 14-ü axşamadək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı proqnozlaşdırılır.


Sentyabrın 13-də Azərbaycanın bölgələrində bəzi yerlərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm