Suriyaya gedənlərlə bağlı aksiya keçirilib
Bizi izləyin

Qırmızı.az

Suriyaya gedənlərlə bağlı aksiya keçirilib

Aksiya iştirakçıları bütün aidiyyatı qurumlara, o cümlədən KİV-ə müraciət ünvanlayıb

Aksiya iştirakçıları bütün aidiyyatı qurumlara, o cümlədən KİV-ə müraciət ünvanlayıb

Azərbaycan gənclərinin qanunsuz yollarla Suriya ərazisinə keçməsi, silahlı birləşmələrin tərkibində vuruşması, 100-dən çox gəncin həlak olması ölkənin hər yerində olduğu kimi cənub bölgəsində də geniş müzakirə mövzusu olub.

Bölgədən olan gənclərin də radikal dindarlar tərəfindən müxtəlif vasitələrlə aldadılaraq cihad adı ilə Suriyaya göndərilməsinə etiraz əlaməti olaraq bu gün Masallı rayonunda Həsənli kənd məscidinin qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Suriyaya döyüşməyə gedən vətəndaşların ölkədən getməsinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsini vacib hesab etdiklərini bildiriblər.

Aksiya iştirakçıları bütün aidiyyatı qurumlara, o cümlədən KİV-ə müraciət ünvanlayıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm