Universitetin iki prorektoru işdən çıxdı
Bizi izləyin

Qırmızı.az

Universitetin iki prorektoru işdən çıxdı

Bəzi mətbu orqanlarında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevanın əmrinə əsasən univerisitetin 5 əməkdaşının vəzifəsindən azad edildiyi, onlardan iksinin prorektor olduğu xəbər verilir.

Universitetin prorektoru Rafiq Sadıqov Publika.az-a açıqlamasında bu məlumatı təsdiqləməyib.

Bildirib ki, Elm və yaradıcılıq işləri üzrə prorektor Maral Manafova elmi fəaliyyətini davam etdirmək üçün öz ərizəsi ilə işdən azad edilib. Hazırda professor kimi kafedrada fəaliyyətini davam etdirir.

"İnzibati təsərrüfat işləri üzrə prorektor Həmid Məhərrəmov da öz ərizəsi ilə işdən azad edilib. Artıq universitetdə işləmir. Digər əməkdaşların çıxarılması məlumatı isə yanlış məlumatdır. Onlar fəaliyyətlərini davam etdirirlər.”

Yayılan məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muzeyinin direktoru və universitetin kulturologiya kafedrasının müdiri İlqar Hüseynov, rejissor sənəti fakültəsinin dekanı Xaləddin Sofiyev və kadrlar şöbəsinin müdiri Sədaqət Əlixanova da tutduqları vəzifələrdən azad olunublar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm