Moskvadan gəldi, qardaşını öldürdü
Bizi izləyin

Qırmızı.az

Moskvadan gəldi, qardaşını öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini Mais Şahməmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il avqustun 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndində baş verib. Firuz Şahməmmədovla qonaqları - Rusiya Federasiyasının vətəndaşları olan qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib. Faiq Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirib. Bu zaman silahı Firuzdan alan qardaşı Mais isə atəş açaraq Faiqi öldürüb. Heybət həkim müdaxiləsindən sonra sağalıb.


Araşdırmalar zamanı müəyyən edilib ki, Mais Şahməmmədov toy mərasimi üçün Moskva şəhərindən gəlib. Həmin vaxt onunla qardaşı Firuz Şahməmmədov arasında mübahisə yaranıb. Hər iki qardaşın evi bir həyətdə olub. Mais vaxtilə evinin açarlarını qardaşı Firuza təhvil verib. Evə gəldiyini deyən Mayıs qardaşından öz evinin açarını tələb edib. Qardaşı isə açarları verməyəcəyini və onun bu evdən çıxıb getməsini tələb edib. Maisin Şamaxıya gəlməkdə məqsədi isə öz qardaşı Firuzun qızının toyunda iştirak etmək olub.

Firuz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşüb və dava böyüyüb. Firuz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açıb. Səs-küyə gələn Maisin 21 yaşlı oğlu Heybət Şahməmmədov da gülləyə tuş gəlib. Açılan atəş zamanı güllələrdən biri onun sol ayağının topuq hissəsinə dəyib. Yerə yıxılan oğlunu görən Mais Şahməmmədov oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Firuz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Firuz hadisə yerində dünyasını dəyişib. Heybət Şahməmmədov isə güllə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mais Şahməmmədov tutulub. Ondan “Naqan” tipli tapança götürülüb. Mais Şahməmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə iclası sentyabrın 17-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm