Xırdalandakı partlayışdan xəsarət almış jurnalist öldü
Bizi izləyin

Qırmızı.az

Xırdalandakı partlayışdan xəsarət almış jurnalist öldü

Xırdalanda baş vermiş partlayış nəticəsində xəsarət almış Vidadi İsmayılov bu gecə dünyasını dəyişib. Bu barədə Publika.az-a Respublika Yanıq Mərkəzindən baş həkimi Vüqar Ələkbərov məlumat verib.

“Onun bədəninin 90%-ı yanmışdı. Ağciyərləri də yandığı üçün iki gündür tənəffüs problemləri var idi” .

Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə ölmüşdü.

V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm