Qanuni oğrunun avtomobilini aşsüzənə döndərdilər – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qanuni oğrunun avtomobilini aşsüzənə döndərdilər – FOTOLAR

Odessada qanuni oğrulardan birinə sui-qəsd olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident Odessa şəhərində baş verib. Sui-qəsdə uğrayan qanuni oğru isə 39 yaşlı Kaxaber Kalkaliyadır. Kriminal dünyada o, Kaxa ləqəbilə tanınır.

Dünən gecə Kaxa öz cangüdənləri ilə “Arkadi Palas” otelindən çıxaraq öz avtomobilinə tərəf gedib.

Qanuni oğru özü “S-Class W222” avtomobilində, mühafizəçilər isə “Gallenvagen” maşınında olub.

Dayanacaqdan çıxarkən onlar naməlum şəxslər tərəfindən pusquya salınıb. Hərəkətdə olan avtomobillərə, xüsusən də Kaxanın əyləşdiyi avtomobilə “Kalaşnikov” avtomatından atəş açılıb.

Güllələr avtomobilin qabaq hissəsini deşik-deşik edib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda keçinib. Kaxa özü avtomobildən tullanaraq hadisə yerindən qaça bilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm