“Amay”da yanğın başladı FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Amay”da yanğın başladı FOTO/VİDEO (YENİLƏNİB)

Bu gün səhər saatlarında “Amay” Ticarət mərkəzində yanğın baş verib. Hadisə binanın 4-cü mərtəbəsində başlayıb. Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhər saat 09:00 radələrində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır. Hazırda FHN-nin 4 briqadası hadisə yerindədir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə ilə bağlı onlara müraciət daxil olub. Bir briqada hadisə yerinə göndərilib. Lakin bu saata qədər təcili yardıma hər hansı müraciət olmayıb.

Gülxar

10:48

“Amay” ticarət mərkəzində yanğın başlayıb. Yanğın binanın 4-cü mərtəbəsində başlayıb.

Bu barədə öz facebook pofilində “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə video paylaşıb.

Publika.az həmin videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm