Bakı-Perm təyyarəsini qəzadan pilotlar xilas etdi
Bizi izləyin

Qırmızı.az

Bakı-Perm təyyarəsini qəzadan pilotlar xilas etdi

Rusiyanın Perm şəhərinin Dzerjinski rayon polisi hava limanında naməlum şəxsin lazer şuası ilə sərnişin təyyarəsinin pilotunun gözlərini qamaşdırmaq faktı ilə bağlı araşdırmalara başlayıb.

Izvestiya.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakı-Perm marşrutu ilə hərəkət edən təyyarə yerə enərkən naməlum şəxslər pilotların gözlərinə lazer şuası tuşlayıb. Bununla da pilotların “gözünü kor etmək istəyən”lər az qala təyyarəni qəzaya uğradacaqlarmış. Amma pilotların peşəkarlığı sayəsində təyyarəni qəza vəziyyətindən xilas etmək mümkün olub.

Hal-hazırda polis qanunu pozan insanın şəxsiyyətini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm