Avtomobil qatarla toqquşub: ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Avtomobil qatarla toqquşub: ölən və yaralananlar var

Ağstafada minik avtomobili qatarla toqquşub. Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə baş verib.

Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına çırpıb. Nəticədə A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölmüş, özü və digər bir sərnişini xəstəxanaya yerləşdirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm