Qırmızı.az
Hava proqnozu - 14 avqust
Bakı və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində də 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 14-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Küləkli hava şəraiti sentyabrın 14-ü axşamadək davam edəcək. /bizimyol.info/
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!