Valideynlərə xəbərdarlıq (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Valideynlərə xəbərdarlıq (VİDEO)

Birincilər və valideynlər artıq "Bilik günü"nə tam hazırdırlar. Məktəblərin ətrafında baş verə biləcək istənilən xoşagəlməz halların qarşısını almaq məqsədilə Baş Dövlət Yol Polisi (BDYP) valideynlərə xəbərdarlıq edib.

Bu il 141 min 166 nəfər birinci sinfə gedəcək. Onların əksəriyyəti yəni 74 min 998 nəfəri oğlandır. İlk dərs günündə azyaşlıları çox vaxt valideynlər məktəbə aparır. Xüsusilə yüzlərlə valideynin şəxsi maşınları ilə məktəblərə üz tutması yollarda tıxaclara səbəb olur. Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə xəbərdarlıq etdi.

BDYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib kİ, valideynlər ilk dərs günündə şəxsi avtomobillərindən az istifadə etsinlər. Çünki bir maşının məktəb qarşısında hətta bir dəqiqə dayanması belə tıxaclara səbəb olur.

Yeni dərs ilinin başlaması ilə əlaqədar DİN-nin rəhbərliyinin göstərişi ilə ölkə ərazisində “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı da keçirilir. Bu məqsədlə məktəblərin qarşısındakı yollarda piyadaların keçidi üçün xəbərdaredici xətlər çəkilir və yol nişanları qoyulur. Həmçinin ilk dərs günündə DYP əməkdaşları xüsusilə ibtidai siniflərdə “Yol hərəkəti qaydaları” haqqında açıq dərslər keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm