İlk iş günü üçün hava proqnozu
Bizi izləyin

Qırmızı.az

İlk iş günü üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabırın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 18-23° isti, gündüz 26-31° isti. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti təşkil edəcək.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23° isti, gündüz 28-33° isti olacağı ehtimalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm