ABŞ meşələrində güclü yanğın: yaralılar var
Bizi izləyin

Qırmızı.az

ABŞ meşələrində güclü yanğın: yaralılar var

ABŞ-ın Kaliforniya ştatının cənubunda cümə günündən bəri davam edən və “Silverado Cleveland” Milli Meşəsində yüzlərlə hektar sahəni külə çevirən yanğını idarə altına ala bilmək üçün söndürmə işləri davam edir.

Publika.az-ın məlumatına görə, yanğınsöndürənlərin ciddi səylərinə baxmayaraq, yanğını indiyədək yalnız qismən nəzarət altına almaq mümkün olub. Yüzlərlə şəxsin müdaxilə etdiyi yanğında 3 xilasedici yaralanıb.

Səlahiyyətlilər səbəbi hələ dəqiqləşməyən yanğının meşə xaricində - böyük ehtimalla bir evin arxa bağçasında başladığından, külək və ərazi şərtləri səbəbiylə meşəyə sıçradığından şübhələnir. Yanğın səbəbiylə 30-a yaxın evin sakinləri təxliyə edilib. Yanğın sahəsinə yaxın daha 217 evdə yaşayan əhalinin təxliyə olunması gözlənilir.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm