Rusiya-Azərbaycan sərhədində yanğın
Bizi izləyin

Qırmızı.az

Rusiya-Azərbaycan sərhədində yanğın

Bu gün Rusiyanın Azərbaycanla sərhədində yanğın hadisəsi baş verib. Hadisə nəticəsində Azərbaycanın Xaçmaz rayonu ilə həmsərdəh olan Dağıstanın Məhərrəmkənd rayonunun Tahirkənd Qazmalar sərhəd-keçid məntəqəsi yanıb.

Publika.az-ın məlumatına görə, müvafiq keçid-məntəqəsində bütün tezxniki avadanlıq yanaraq sıradan çıxıb. Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən, Azərbaycana aid Xaçmaz rayon Xanoba sərhəd-keçid məntəqəsinə isə hər hansı ziyan dəyməyib.

Buna baxmayaraq, mümkün yanğın təhlükəsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin əraziyə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm