Lənkəranda ölümlə nəticələnən ağır qəza
Bizi izləyin

Qırmızı.az

Lənkəranda ölümlə nəticələnən ağır qəza

Bu gün Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Publika.az-ın məlumatına görə, hadisə saat 17.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Sevil Hümbət qızı Abbasova idarə etdiyi “Nissan Exstra” markalı, 99 GD 176 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Vilvan kənd sakini, 2003-cü il təvəllüdlü Zəkəriyyə Məhəmməd oğlu Məmmədovu vurub. Azyaşlı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törətmiş sürücü saxlanılaraq istintaqa cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm