Bu günün tarixi - 15 sentyabr
Bizi izləyin

Qırmızı.az

Bu günün tarixi - 15 sentyabr

Hər gün tarixə özünəməxsus hadisələrlə, önəmli məqamlarla həkk olunur. Bu maraqlı faktları xatırlamaq, yada salmaq hər zaman əhəmiyyətlidir. Bu, bir çox hallarda geriyə boylanaraq, baş verənlərdən lazımi, doğru, pozitiv nəticə çıxararaq, irəliyə doğru addımlamaq deməkdir. Publika.az bütün bunları nəzərə alaraq, 15 sentyabrda baş verən mühüm, əhəmiyyətli hadisələri diqqətinizə təqdim edir.

15 sentyabr — ilin 258-ci günü (uzun illərdə 259-cu). İlin sonuna 107 gün qalır.

Dünyada olan hadisələr

1514 – Osmanlı ordusu Təbrizi tutmuşdur.
1798 – İrlandiyanı ələ keçirməyə çalışan fransız qoşunları ingilislərə təslim olmuşlar.
1847 – ABŞ qoşunları Mexikoya daxil olmuşlar.
1916 – Birinci dünya müharibəsi zamanı ingilislər ilk dəfə olaraq tanklardan istifadə etmişlər.
1917 – Rusiyada Müvəqqəti hökumət qurulmuşdur.
1924 – Bessarabiya separatçıları Rumıniyadan ayrılaraq SSRİ ilə birləşmək üçün üsyana qalxmışlar.
1928 – İngilis mikrobioloqu Aleksandr Frleminq penisillini kəşf etmişdir.
1930 – Avstriya vətəndaşı Adolf Hitlerin Reyxstaqın deputatı olmaq arzusu baş tutmamışdır.
1942 – İkinci dünya müharibəsi zamanı alman qoşunları Stalinqrada hücuma keçirmişlər.
1959 – Xruşşovun ABŞa 13 günlük səfəri başlamışdır.
1971 – "Green Peace" təşkilatı yaradılmışdır.
1975 – Pink Floyd qrupunun "Wish You Were Here" albomu satışa çıxarılmışdır.
1981 – Kanadanın Albert şəhərində dünyanın ən böyük ticarət mərkəzi açılmışdır (483 000 m2)
1982 – İsrail ordusu Qərbi Beyrutu tutmuşdur.
1993 – Maykl Cekson ilk dəfə Moskvaya konsert proqramı ilə gəlmişdir.
2000 – Çin arxeoloqları Çingiz xanın qəbrini tapmışlar.
2011 — Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycanda olan hadisələr

Bilik Günü kimi qeyd edilir.
1918 – Bakı Qafqaz-İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilmişdir.
2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.
2008 – Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.

Doğumlar

1254 – Marko Polo – italyan səyyah (ö. 1324)
1613 – Fransua de Laroşfuko – fransız yazıçı (ö. 1680)
1789 – Ceyms Fenimor Kuper – amerikalı yazıçı (ö. 1851)
1828 – Aleksandr Butlerov – rus kimyaçı, üzvi kimyanın banisi (ö. 1886)
1830 – Porfirio Dias – Meksika prezidenti (ö. 1915)
1857 – Uilyam Taft – ABŞ-ın 27-ci prezidenti (ö. 1930)
1867 – Vladimir May-Mayevski – rus əks-inqilabçısı (ö. 1920)
1876 – Bruno Valter – alman dirijor (ö. 1962)
1881 – Ettore Buqatti – italyan avtomobil mühəndisi və dizayner (ö. 1947)
1890 – Aqata Kristi – ingilis detektiv yazıçı, "Erkül Puaro" və "Miss Marpl" obrazlarının yaradıcısı (ö. 1976)
1894 – Jan Renuar – fransız kinorejissor, məşhur impressionist rəssam Pyer-Ogüst Renuarın oğlu, Oskar mükafatı laureatı (ö. 1979)
1904 – II Umberto - İtaliya kralı (ö. 1983)
1907 – Qunnar Ekelöf – İsveç şairi və yazıçısı (ö. 1968)
1907 – Fey Rey - amerikalı kinoaktrisa (ö. 2004)
1914 – Adolfo Byoy Kasares – argentinalı yazıçı (ö. 1999)
1914 – Orxan Kamal – türk yazıçı (ö. 1970)
1924 – Bobbi Şort – amerikalı musiqiçi (ö. 2005)
1925 – Kiril Lavrov – rus aktyor, SSRİ xalq artisti (ö. 2007)
1926 – Jan-Pyer Serr – fransız riyaziyyatçı.
1929 – Mürrey Gell-Mann – Amerikalı fizik, 1969-cu il Nobel Fizika Mükafatı laureatı
1937 – Robert Lukas – Amerika iqtisadçısı, 1995-ci il Nobelin İqtisadiyyat Mükafatı laureatı
1937 – Fernando de la Rua – Argentinanın 51-ci prezidenti
1941 – Miroslav Hermaşevski (Mirosław Hermaszewski) – Polşa kosmonavtı, Sovet İttifaqı qəhrəmanı
1941 – Yuri Norşteyn – rus animatoru
1945 – Hans-Gert Pötterinq – alman siyasətçisi, Avropa Parlamentinin sədri
1946 – Tommi Li Cons – Amerikalı aktyor, Oskar mükafatı laureatı
1946 – Oliver Stoun – Amerikalı rejissor
1959 – Brilliant Dadaşova – Azərbaycan Respublikasının xalq artisti
1984 – Uels şahzadəsi Henry – şahzadə Çarlz və şahzadə Diananın ikinci oğlu

Ölümlər

668 – Bizans imperatoru II Konstant, (d. 630)
1700 – Andre Lenotr (André Le Nôtre) – fransız memarı (d. 1613)
1835 – Sara Noks Teylor – Cefferson Devisin xanımı (d. 1814)
1842 – Fransisko Morasan (José Francisco Morazán Quezada) – Mərkəzi Amerika Federativ Respublikasının prezidenti (d. 1792)
1926 – Rudolf Kristof Eyken (Rudolf Christoph Eucken) – alman yazıçısı, 1908-ci il Nobel Ədəbiyyat Mükafatı laureatı (d. 1846)
1945 – Andre Tardyö (André Tardieu) – 1929-1932-ci illərdə Fransanın baş naziri (d. 1876)
1945 – Anton Vebern – Avstriya bəstəkarı (d. 1883)
1973 – İsveç kralı VI Qustav Adolf (d. 1882)
1978 – Villi Messerşmit (Wilhelm Emil Messerschmitt) – alman təyyarə dizayneri (d. 1898)
1980 – Bill Evans – Amerika caz pianisti (d. 1929)
1989 – Robert Pen Uorren – Amerikalı yazıçı-şair (d. 1905)
2003 – Yozef Hirsal (Josef Hirsal) – çex yazıçısı (d. 1920)
2005 – Sidni Luft – Amerikalı kinorejissor (d. 1915)
2007 – Kolin Makrey (Colin McRae) – şotland ralli sürücüsü (d. 1968)
2007 – Ser Ceremi Mur – Folklend müharibəsində Britaniya quru qoşunlarının komandanı (d. 1928)
2008 – Riçard Rayt (Richard Wright) – pianoçu və Pink Floyd qrupunun yaradıcılarından biri (d. 1943)

Bayramlar və xüsusi günlər

Qvatemala, Honduras, Nikaraqua, Kosta-Rika və Salvadorda Müstəqillik günü
Azərbaycan, Bilik günü
Beynəlxalq Demokratiya günü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm