Davudoğludan Bilik Günü mesajı
Bizi izləyin

Qırmızı.az

Davudoğludan Bilik Günü mesajı

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bilik Günü və yeni dərs ilinin başlanması ilə bağlı mühüm, önəmli açıqlamalar verib.

O, qeyd edib ki, hazırda qarşıya qoyulan başlıca hədəf milli düşüncəyə söykənən modern təhsil sisteminin təkmilləşdirilməsi, inkişaf etdirilməsidir: "Məqsədimiz gələcəyimizin təminatı, uşaqlarımızı və gənclərimizi fərd olma şüuruna sövq edən, onların bir vətəndaş olaraq ölkələrinə və millətinə faydalı olma idrakıyla yetişmələrini təmin edəcək bir təhsil sistemidir".

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş nazirin “İbtidai Təhsil Həftəsi” və yeni təhsil ilinin başlaması səbəbindən söylədiyi bu fikirlər təhsil hədəfləri ilə bağlı ölkə ictimaiyyətinə yönələn mesaj kimi səsləndirilib. Davudoğlu müvafiq açıqlamasında qardaş ölkənin inkişafı, tərəqqisi üçün, sabit, dayanıqlı, möhkəm bir təhsil sisteminə malik olmasının əhəmiyyətinə diqqəti çəkib: "Biz bu düşüncə ilə son illərdə ölkəmizin ən böyük təhsil hədəflərini gerçəkləşdirməyə və gələcəyimizə istiqamət verəcək layihələr işləməyə çalışdıq".

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm