Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm