Dövlət Gömrük Akademiyasının açılışı oldu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Akademiyasının açılışı oldu - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Akademiyasının açılış mərasimi keçirilib.

Publika.az-ın xəbərinə görə, mərasimdə Dövlət Gömrük Komitəsinin birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, Akademiyanın rəisi İsmayıl Ələkbərov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, bu il akademiyaya yeni qəbul olunan bir qrup gənc tələbə iştirak edib.

DGK-nın birinci müavini Səfər Mehdiyev çıxış edərək akademiyaya yeni qəbul olunan gənc tələbələri təbrik edib.

O bildirib ki, Azərbaycanda savadlı kadrlsrın hazırlanmasına xüsusi həssaslıqla yanaşılır: “Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında söylədiyi fikirlər bu gün də öz qüvvəsini qoruyub saxlamaqdadır. Akademiyada müasir təhsil proqramına uyğun işlər görülüb. Akademiya beynəlxalq statusa malik olmaq üçün geniş proqram hazırlayıb”.

Sonra Akademiyanın müəllimi Çingiz İsmayılov tələbələrə uğurlar arzu edərək, Azərbaycan dövləti tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb.

Qəbul imtahanında yüksək bal toplamış gənc tələbə Neman Həsənzadə akademiyanın yaradılmasında göstərdiyi xidmətlərinə görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O akademiyada təhsil alacağı müddətdə daim dövlətə sədaqətli olacağını söylədi.

Daha sonra akademiyanın yaradılması istiqamətində xüsusi fəaliyyət göstərdiklərinə görə bir qrup şəxs DGK tərəfindən mükafata layiq görülüb.

Qeyd edək ki, tədbirdən öncə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov və bu il Akademiyaya yeni qəbul olunan bir qrup gənc tələbə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib abidəsi önünə gül dəstəsi qoyublar. Daha sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub.

Gömrük Komitəsinin əməkdaşları və tələbələr sonra Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin məzarını ziyarət edib və əbədi məşəl abidəsinin önünə əklil qoyublar.

Naibə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm