Məhkum qardaşına silah ötürmək istədi
Bizi izləyin

Qırmızı.az

Məhkum qardaşına silah ötürmək istədi

Həbsxanaya qadağan olunmuş əşya keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən Publika.az-a verilən məlumata görə, hadisə 11 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Lənkəran sakini Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd soyuq silah - bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm