Yeni körpü istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Yeni körpü istifadəyə verildi

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yeni körpünü istismara verib. Bu barədə Publika.az-a ASC-dən məlumat verilib.

Yeni körpü köhnə, yarasız vəziyyətə düşmüş körpünün yerində tikilib.

Qurudərədə yerləşən uzunluğu 2,3 və hündürlüyü 9 metr olan köhnə körpü 1979-cu ildə inşa edilmişdi. Körpüdən ağır yüklü nəqliyyat vasitələrinin keçməsi və suyun dayaqları yuyaraq yararsız vəziyyətə salması körpüdən istifadəni qeyri-mümkün etmişdi.

Körpüyə baxış keçirildikdən sonra yenisinin tikilməsi barədə qərar qəbul edilib.

Yeni körpünün uzunluğu 6 metr, hündürlüyü 8,5 metrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm