Türkiyəli gənclər “Xocalı Soyqırımı” abidəsini ziyarət ediblər
Bizi izləyin

Qırmızı.az

Türkiyəli gənclər “Xocalı Soyqırımı” abidəsini ziyarət ediblər

Türkiyəli gənc fəallar “Xocalı Soyqırımı” abidəsini və "Güllələnmiş heykəllər"i ziyarət ediblər

Millət vəkili Qənirə Paşayevanın və İstanbulda mərkəzi ofisi yerləşən və bu ölkədə təhsil alan tələbə və gəncləri birləşdirən AZEDER təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik qrup Azərbaycanda tanışlıq səfəri çərçivəsində Xətai rayonu ərazisində yerləşən, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” ziyarət ediblər.

Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında ilk dəfə Azərbaycana gələn qardaş ölkə gəncliyinin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib.

Qardaş ölkə gənclərinin millət vəkilinə ünvanladığı çoxsaylı suallar üzərinə, Qarabağın yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının ortaq problemi olduğu, birimizin dərdinə hamımızın şərik çıxmamızın qacınılmaz olması yönündə fikir mübadiləsi aparılıb, türk gəncliyinin üzərinə düşən mənəvi məsuliyyət qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm