Qırmızı.az
Cinayətin şahidisinizsə, bunları bilməlisiniz
Unutmayın ki, törədilən cinayətlərə və cinayətkarlara qarşı mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin borcudur.
Təəssüflər olsun ki, cəmiyyətimizdə ümumdavranış qaydalarına riayət
etməyən, qeyri-sağlam həyat tərzi sürən, qanunu pozmağa meyilli və
cinayəti özünə peşə edən şəxslər vardır. Cəmiyyətimizin bu
şəxslərdən azad olunmasında, islah olunaraq normal həyat tərzinə
qayıtmasında hamımızın üzərinə vəzifələr düşür. Hər bir vətəndaş
cinayətlərə qarşı barışmaz mövqedə durarsa, öz həyatına təhlükə
yaratmadan cinayətin qarşısının alınmasında, cinayətin
nəticələrinin aradan qaldırılmasında və cinayəti törətmiş şəxsin
müəyyən olunub tutulmasında hüquq-mühafizə orqanlarına dəstək
olarsa, bu zaman cinayətlərin də sayı azalar və biz daha təhlükəsiz
cəmiyyətdə yaşayarıq.
Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, laqeyd qaldığınız hər bir cinayət hadisəsi gələcəkdə sizə və yaxınlarınıza qarşı da törədilə bilər.
İdarə vətəndaşlara cinayətin şahidi olduğunuz zaman aşağıdakı
davranış qaydalarına riayət olunmasını tövsiyyə edir:
1. Hazırlanan və ya törədilmiş cinayət hadisəsi barədə DİN-in
102 xidmətinə məlumat verin.
2. Öz təhlükəsizliyinizə xələl gəlmədən cinayət hadisəsi zamanı
zərərçəkmiş şəxsə yardım edin.
3. Hadisə yerinə digər şəxslərin yaxınlaşmasının qarşısını almağa
çalışın və onları hadisə yerinə yaxınlaşdıqları zaman zərər ala
biləcəkləri barədə xəbərdar edin.
4. İlkin tibbi yardım qaydalarını öyrənin və zəruri hallarda tətbiq
edin.
5. Hadisə yerinə təcili tibbi və digər yardım çağırın.
6. Cinayəti törətmiş şəxsin zahiri əlamətlərini, hərəkət etdiyi
nəqliyyat vasitəsinin nömrəsini, hərəkət istiqamətini yadda
saxlamaqla, onun müəyyən olunması üçün polisə kömək edin.
7. Şərait olduqda cinayət hadisəsini foto və ya videolentə almağa
çalışın.
8. Cinayət hadisəsinin şahidlərini müəyyən etməkdə polisə kömək
edin.
Gülnar
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi