Məhkəməyə qədər həbsdə saxlama müddəti artırılır
Bizi izləyin

Qırmızı.az

Məhkəməyə qədər həbsdə saxlama müddəti artırılır

Azərbaycanda məhkəməyə (icraata) qədər həbsdə saxlama müddəti və müstəntiq tərəfindən ibtidai araşdırmanın maksimal müddətləri artırılır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinin 158.1 və 218-ci maddələrinə dəyişikliklər edilir.

Məcəllənin 158.1 maddəsinə edilən dəyişikliyə görə, icraata qədər istintaq müddəti üçün nəzərdə tutulan həbs qətimkan tədbirlərinin müddətləri az ağır, ağır və xüsusilə ağır cinayətlər üzrə artırılır. Belə ki, ilkin həbs qətimkan tədbirlərinin müddəti az ağır cinayətlər üzrə 2 aydan 3 aya qədər, ağır və xüsusilə ağır cinayətlər üzrə isə 3 aydan 4 aya qaldırılır.

Dəyişikliyə əsasən eyni zamanda, sadalanan hallar üzrə həbs qətimkan tədbirlərinin artırılma müddətlərinin son hədləri də qaldırılır. Belə ki, bu müddət az ağır cinayətlər üzrə 6 aydan 7 aya, ağır cinayətlər üzrə 9 aydan 10 aya qədər və xüsusilə ağır cinayətlər üzrə isə 12 aydan 13 aya qədər artırılır.

218-ci maddəyə edilən dəyişikliyə görə isə, müstəntiq tərəfindən ibtidai araşdırmanın müddəti xüsusilə ağır cinayətlər üzrə 4 aydan 5 aya, ağır cinayətlərə görə 2 aydan 3 aya qədər artırılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm