Qırmızı.az
Xarici dövlətlərin QHT-lərinin fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir
Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir.
Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna bir
sıra əlavələr edilir.
Əlavə edilən 4.2-1-ci maddədə göstərilir ki, istənilən xarici
qeyri-hökumət təşkilatının Azərbaycanda yalnız bir nümayəndəliyinin
və yaxud filialının açılmasına icazə veriləcək.
Qanuna yenə əlavə olunan 6.1.1-1-ci maddədə deyilir ki,
Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatının
nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim
etdiyi əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və
ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini də
göstərilməlidir.
Qanuna yeni əlavə olunan 6.1.5-ci maddəyə görə, Azərbaycanda
fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının
nümayəndəliyi və yaxud filialı müvafiq icra hakimiyyəti orqanına
təqdim etdiyi sənədlər arasında ona rəhbərlik edəcək şəxsin
səlahiyyət müddətini də göstərməlidir.
Qanuna əlavə edilən 6.1.6-cı maddədə göstərilir ki, Azərbaycanda
fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının
nümayəndəliyinin və yaxud filialının rəhbəri öz müavininin təyin
edilməsi barədə sənədi də müvafiq icra orqanına təqdim etməlidir.
Bu sənəddə müavin barədə ətraflı məlumat göstərilməlidir.
Qanuna əlavə edilən 12.8.3-1-ci maddədə deyilir ki, Azərbaycanda
fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının
nümayəndəliyi və yaxud filialı ona verilmiş tapşırıqlar,
göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin
dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə,
təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq
icra orqanına təqdim etməlidir.
Layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK