• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qurban bayramında əfv olacaqmı?

Qurban bayramında əfv olacaqmı?

Qarşıdan müsəlman dünyasının əlamətdar bayramlarından olan Qurban bayramı gəlir. Bayram münasibətilə əfv olacaqmı?

Məsələ ilə bağlı Milli Məclisin Əfv komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə Publika.az-a bildirib ki, Qurban bayramında əfv fərmanı veriləcəyinə inanmır: “Bu barədə hələ ki heç bir söz deyə bilmərən. Məndə bu barədə belə bir məlumat yoxdur. Çünki İşçi Qrupunun toplantısı olmayıb. Mənə elə gəlir ki, ilin sonuna ölkə başçısı tərəfindən belə bir fərman imzalana bilər”.

Komissiya üzvü əlavə edib ki, ölkə başçısı tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münüsibəti ilə əfv fərmanını imzalaması ənənə halını alıb: “Bundan əlavə, müəyyən vaxtlarda bu baş tutur. Amma hər halda, yaxın vaxtlarda əfv olmasını ehtimal etmirəm”.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR