Temperatur 10 dərəcə enəcək
Bizi izləyin

Qırmızı.az

Temperatur 10 dərəcə enəcək

Azərbaycanda hava şəraiti dəyişəcək, Bakıda havanın temperaturu 8, rayonlarda isə 10 dərəcəyə kimi enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq, sentyabrın 19-dək Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi ehtimalı var.

Sentyabrın 17-19-da ötən günlərlə müqayisədə havanın temperatur tədricən 5-8 dərəcə enəcək. Əsas hava dəyişikliyi sentyabrın 17-də müşahidə ediləcək. Sentyabrın 18-də günorta saatlarında havanın temperaturu Bakıda 20-24 dərəcə isti olacaq. Paytaxtda yağış yağacağı ehtimalı var.

Sentyabrın 16-sı axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, sentyabrın II ongünlüyünün sonuna kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı gözlənilir. Proses qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.


Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcəyədək enəcək.

Prosesin gedişatından asılı olaraq, hər gün yeni məlumatlar təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm