BANM-ın 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb - FOTO
Bizi izləyin

Qırmızı.az

BANM-ın 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb - FOTO

2012/2013-cü tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunan abituriyetlərin 11-i, 2013/2014-cü tədris ilində 15-i, 2014/2015-ci tədris ilində isə 17-si Prezident təqaüdünə layiq görülüb.

Bu fikirləri BANM-ın rektoru Elmar Qasımov bu gün keçirilən tədbirdə səsləndirib.

BANM-in tələbə qəbuluna başladığı ildən bu günə qədər qəbul elan etdiyi ixtisaslar üzrə nəticələr haqqında məlumat verən E.Qasımov vurğulayıb ki, 2012/2013-cü tədris ilində bu ali təhsil ocağına qəbul üzrə orta keçid balı 631, 2013/2014-cü tədris ilində 656, 2014/2015-ci tədris ilində isə bu göstərici 668 bal olub və məhz builki nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici olan nəticə olub.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Bakı Ali Neft Məktəbinin yaradılmasında da başlıca məqsədin məhz Avropanın enerji təhlükəsizliyində və regionun inkşafında böyük rol oynayan Azərbaycan dövlətinin və xalqının rifahını daha da gücləndirmək üçün müasir biliklərə yiyələnib, yüksək ixtisaslı kadrları yetişdirmək olduğunu vurğulayıb.

TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, BANM yeni yaranmasına baxmayaraq, ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olub. O vurğulayıb ki, bu il də BANM çox böyük nəticələr əldə edib. 2014/2015-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 673, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 660, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 bal olmuşdur. İxtisaslar üzrə orta ballar uyğun olaraq 684, 671 və 657, ümumiyyətlə ali məktəb üzrə 668 bal olub.

Tədbirdə iştirak edən Böyük Britaniyanını Heriot-Vatt Universitetinin “Neft Mühəndisliyi” İnstitutunun professoru Con Ford BANM ilə mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluq hissləri keçirdiyini ifadə edib.

Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrini təqdim edib, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletləri təqdim olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm