DİN Ağcabədidəki ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN Ağcabədidəki ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağcabədidəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi “Mercedes”, Nəbi Ağamalıyevin idarə etdiyi “Daewoo” və Elgün Bəbişovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

E.Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5 sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm