• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Deputat təhsilin səviyyəsindən DANIŞDI

Deputat təhsilin səviyyəsindən DANIŞDI

Bu gün Xaçmaz rayonunun Qıraqlı kənd orta ümumtəhsil məktəbinin yenidən qurmadan sonra açılış mərasimi olub.

Publika.az-ın məlumatına görə, açılış mərasimində 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş Milli Məclisin deputatı İlham Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon rəhbərliyi, məktəb direktoru Zeynal Musayev və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili diqqətə çatdırıb ki, sözügedən məktəb Prezident İlham Əliyevin rayona ayırdığı dövlət vəsaiti hesabına yenidən qurulub və Bilik Günündə məktəblilərin ixtiyarına verilib:

“Mən Bilik Günü münasibətilə bütün məktəb heyətini təbrik edirəm. Bu gün təkcə Xaçmazda deyil, eyni zamanda respublikanın ayrı-ayrı rayonlarında yeni məktəblər inşa olunur, Cənab Prezidentin şəxsən iştirakı ilə açılışlar edilir. Təkcə Xaçmaz rayonunda bu gün 4 yeni məktəbin açılışı olub. Bütün bunlar Cənab Prezidentin öz xalqına və onun təhsilinə olan böyük diqqət və qayğısının bariz nümunəsidir. Bu gün təhsilin inkişafı Cənab Prezident üçün prioritetdir. Dövlət başçısı Azərbaycan təhsilin inkişafı ilə bağlı neçə-neçə dövlət proqramlar imzalayıb. Bu, gələcəkdə də uğurla davam etdiriləcək”.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məktəbin tikintisi üçün göstərdiyi köməkliyə görə Prezident İlham Əliyevə rayon sakinləri adından təşəkkür edib.

Bildirilib ki, bu gün Azərbaycan təhsilinin inkişafı üçün dövlət tərəfindən mühüm işlər uğurla davam etdirilir.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR