Metroda ən çox şikayət nədəndir?
Bizi izləyin

Qırmızı.az

Metroda ən çox şikayət nədəndir?

Bakı Metropolitenində ən çox şikayət edilən ventilyasiya sisteminin yenilənməsi ilə bağlı ciddi işlər aparılır. Bir neçə havalandırma şaxtalarında yeniliklər tətbiq edilib. Daha güclü və yeni ventilyatorlar quraşdırılıb. Bizə problem yaradan avadanlıqların maksimum yeniləri ilə əvəz edilməsinə çalışırıq.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, Metropolitendə planlaşdırılan işlərdən də danışıb:

“Yeni stansiyaların tikintisi, yeni xətlərin açılması, həmçinin rabitə, yanğından mühafizə xidməti, texniki təchizat xidmətləri ilə bağlı işlər aparılır. Hazırda metronun elə bir sahəsi yoxdur ki, orada hər hansı iş aparılmasın.

Metropoliten rəhbərliyi yeni dəyişib və onların üzərinə böyük məsuliyyət qoyulub. Hazırda metroda dönüş yarada biləcək yeniliklər etməklə məşğuluq. Lakin tapşırılan məsələlərin qısa zamanda həll edilməsi mümkün deyil. Müasir texnologiyaların tətbiqi, insanların rahat və təhlükəsiz mənzil başına çatması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır, müvafiq portnyorlar axtarılır”.

N.Paşayev hazırda daxili imkanlar hesabına bəzi sahələrdə problemlərin aradan qaldırılması üçün işləri davam etdirdiklərini bildirib

“Yeni ventilyasiya sisteminin quraşdırılması, elektrik xətlərinin davamlılığını artırmaq üçün müəyyən işlər görürük.

Əsas prioritet yeni stansiyaların tikintisi, mövcud xətlərdəki sərnişin sıxlığının azaldılmasıdır. Bunun üçün də onların bir neçə xətt üzrə hərəkət etmələri istiqamətində işlər aparırıq. “Elmlər Akademiyası “stansiyasının yeni çıxışında işlər davam etdirilir. Orada işlər 2015-ci ildə başa çatdırılacaq və istifadəyə veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm