Hafiz Hacıyevdən “18+” MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Hafiz Hacıyevdən “18+” MÜSAHİBƏ

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin Publika.az-a müsahibəsi:

–Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə gəlir. Bu səfərə necə baxırsınız?

–Bilirsiniz, Jirinovski öz ölkəsində Vətənini sevən bir siyasətçidir. Bunu danmaq olmaz. Əgər bir insan öz Vətənini sevirsə, ona hörmətlə yanaşmaq lazımdır. İndi gəlin bizim müxalifət siyasətçilərimizə də baxaq. Əksəriyyəti, satqınlardır. Əli Kərimli, Cəmil Həsənli və digərləri satqınlardır. Ona görə də biz uzun müddət idi ki, Jirinovski ilə danışıqlar aparırdıq. Bizim Moskvadakı müşavirimiz vasitəsilə ona Azərbaycan həqiqətləri çatdırılırdı. Nəhayət ki, Jirinovski də Azərbaycan yalan mövqeyini dəyişib haqqında xoş söz dedi. Bu isə bizi tam qane edir.

–Təsadüfən Jirinovskinin Azərbaycana səfərini siz təşkil etmirsiniz?

–Yox, sözün düzü mən bu yükü öz üzərimə götürə bilmərəm. Hər halda onun Azərbaycana səfəri bizim üçün çox maraqlıdır. Digər tərəfdən isə bu səfəri pozitiv hesab etmək olar. Çünki Jirinovski türk oğlu ola-ola indiyədək Azərbaycan haqqında şər-böhtan fikirlər söyləyirdi. Jirinovski Azərbaycana öz dədəsinin və anasının yurduna gəlirsə, bunun özü xoşbəxtçilikdir. İndi çalışmaq lazımdır ki, onunla əlaqə yaradıb müəyyən məsələlərdə Azərbaycanla bağlı iş aparılsın. Azərbaycan həqiqətən də böyük bir inkişaf yolu keçib. İndi də Azərbaycan Avropa ölkələri arasında olan ən güclü dövlətlərdən biridir. Biz Jirinovskiyə də başa salmalıyıq ki, milliyətçə türk olan atan vaxtilə səni atıbsa, bu keçmişdə qalan məsələdir. İndi Azərbaycan uğurlu yolla addımlayır. Ona görə də sən gəl Azərbaycanı öz gözlərinlə gör.

Jirinovski hamamda rus jurnalistinə müsahibə verib. Bunu siz də nə vaxtsa planlaşdırırsınız?

–Açığı deyim ki, Jirinovskinin bu gün imkanları böyükdür. O, istədiyi zaman sauna və hamama gedə bilir, ora jurnalistləri də dəvət edib müsahibə verir. Ancaq bizim hələ ki, elə imkanlarımız yoxdur.

Gələcəkdə imkan olsa, hamamda da müsahibə verərəm. Bu məsələyə gələcəkdə baxarıq. Əgər xalqımız buna müsbət baxarsa, əlbəttə ki, bunu edərəm.

Doğrudur, sauna və hamamda müsahibə vermək elə baha da başa gəlmir. Ancaq mən hamamda və saunada müsahibə versəm, mənə yaxşı baxmazlar.

Aqil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm