Qırmızı.az
Qanunsuz ov edənlər 64 min manat cərimələnib
Yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirilib.
Publika.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına
istinadən verdiyi xəbərə görə, keçirilən reydlər zamanı qanunsuz ov
edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə
bağlı 107 nəfər saxlanılıb, qanunsuz ov edən şəxslərdən ümumilikdə
80 ədəd ov tüfəngi, 234 ədəd patron, 1 ədəd qayıq, balıq ovunda
istifadə olunan elektrik avadanlıqları, qanunsuz ovlanmış 36 baş
quş götürülüb.
Eyni zamanda, magistral avtomobil yollarının kənarlarında
keçirilən reydlər zamanı ayrı-ayrı şəxslər tərəfindən qanunsuz
yolla əldə edilmiş 106 baş çöl quşunun və 172 ədəd müxtəlif növ
balığın (nərə, çəki, xanı və s. cinsli) satışının təşkil edildiyi
aşkar edilib. Ov tüfəngləri, patronlar, balıq ovunda istifadə
olunan avadanlıqlar, çöl quşları və balıqlar qanunvericiliyə uyğun
qaydada götürülüb.
Faktlarla bağlı akt və protokollar tərtib edilərək 65 nəfər
qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə
əsasən inzibati qaydada, ümumilikdə 64450 manat məbləğində cərimə
olunub, qanunsuz ovlanmış quşlara görə ayrı-ayrı şəxslərə 10495
manat məbləğində iddia tətbiq edilib.
Sənədlərini təqdim etməyən qanun pozucuları barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş qanunsuz məhsullar təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib.
Hazırda araşdırmalar aparılır və qanun pozucularının qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK